Zaqatalada vedrə oğrusu kameralara düşdü - VİDEO
09 iyun 2023 11:14 (UTC +04:00)

Zaqatalada vedrə oğrusu kameralara düşdü - VİDEO

Zaqatalada qəribə oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, bu barədə “Zaqatala news” teleqram kanalı məlumat yayıb. Məlumata əsasən, hadisə bu gecə saat 2:37-də şəhər ərazisində baş verib.

Naməlum şəxs NİVA markalı avtomobillə gələrək evin qabağına qoyulan vedrəni götürərək gedib. Ev sahibinin sözlərinə görə, həmin vedrə zibil qabı kimi istifadə olunur. O bildirib ki, anoloji olay artıq bir neçə dəfədir baş verir. Belə ki, həmin NİVA sürücüsü gecələr gəlib bu evin qarşısına qoyulan zibil vedrəsini götürüb gedir.

Hadisə anı orada müşahidə kamerasına düşüb. Videonu təqdim edirik:

 

# 7320
avatar

Oxşar yazılar