Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, gecə saatlarında Yasamal rayonu ərazisində "Daevoo" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Nəticədə 35-40 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib.
Ölən piyadanın şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.