Zara İbrahimzadə
02 iyun 2026 13:00 (UTC +04:00)

Zara İbrahimzadə

TƏBİB-in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir? - DOSYE

0

Xəbər verdiyimiz kimi, Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub. 

Lent.az "Bioqrafiya" rubrikasında Zara İbrahimzadə barədə məlumatları təqdim edir. 

- Zara İbrahimzadə harada təhsil alıb?

- Zara İbrahimzadə ABŞ-ın Corc Mason Universitetində təhsil alıb. 

- Zara İbrahimzadə hansı ölkələrdə işləyib?

- Zara İbrahimzadə 15 il Türkiyədə fəaliyyət göstərib.

O, müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb.

Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

- Zara İbrahimzadə peşəkar karyerasına nə zamandan başlayıb?

- Zara İbrahimzadənin peşəkar karyerasına 2007-ci ildən başlayıb. 

O, 2007-2015-ci illərdə LUKOIL EURASIA PETROL A.Ş.-də İctimaiyyətlə Əlaqələr və Reklam Meneceri kimi fəaliyyəti, eləcə də daha əvvəl Sparrows Group, EU TACIS layihəsi və Financial Times-da müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ildə ABB-nin Marketinq departamentinə direktor təyin edilib. 2023-cü ilin yanvarında həmin vəzifəsindən ayrılıb.

- Zara İbrahimzadə TƏBİB-dəki təyinatına qədər harada çalışıb?

- Zara İbrahimzadə 2023-cü ilin fevral ayında “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub. Bu ilin yanvar ayında isə həmin vəzifısindən ayrılıb.

O, son təyinatına qədər “PAŞA Bank” ASC-nin Baş İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar