10 ildir evli idi, ərinin  ikinci arvadı   olduğunu öyrəndi
27 yanvar 2024 19:45 (UTC +04:00)

10 ildir evli idi, ərinin ikinci arvadı olduğunu öyrəndi

Çinli qadın 10 illik evliliyindən sonra ərinin ikili həyatını öyrənib və ona qarşı iddia qaldırıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qadın 61 yaşlı sevgilisi ilə 23 yaşında olarkən internetdə tanış olub. Onun sözlərinə görə, kişi evli olmadığını iddia edib, ona görə də onunla romantik münasibətə girib. Daha sonra evləniblər və 10 uşaq dünyaya gətirmək qərarına gəliblər. "O dedi ki, uşaqlardan heç olmasa biri uğur qazanacaq", - qadın vurğulayıb.

10 illik evlilikdə cütlüyün surroqat anadan səkkiz övladı var - beş oğul və üç qız. Çinli qadının sözlərinə görə, o, əri ilə uşaq sahibi olmaq üçün 10 milyon yuandan (1 399 002 dollar) çox pul xərcləyib. Qadın 2023-cü ildə ərinin ikili həyatı və gizlətdiyi ikinci arvadı olduğunu bilənə qədər evli cütlük övladlarını birlikdə böyüdüblər.

Kişi arvadını ona verdiyini dediyi bütün əmlakı geri almaq üçün məhkəməyə verib. Qadın da öz növbəsində onunla münasibəti kəsərək, uşaqlara təkbaşına baxmağa başlayıb. O, ərinə və ailəsinə qarşı da iddia qaldırıb.

Çinli qadın övladını təkbaşına təmin edə bilmədiyi üçün ayda 200 min yuan məbləğində aliment almaq istədiyini bildirib. Buna cavab olaraq, keçmiş ərin qohumları, uşaqlarından imtina edəcəyi təqdirdə, təkbaşına böyütməyə hazır olduqlarını söyləyib. Lakin qadın belə şərtlərdən imtina edib. Məhkəmə hələlik cütlüyün işi ilə bağlı qərar verməyib.

# 31734
avatar

Oxşar yazılar