Sənəd saxtalaşdırmaq ittiham olunun general Natiq Əliyevin qızı Türkər Əliyeva məhkəməyə gətirilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, prokurorluq onun barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimat verib.
Hazırda Türkər Əliyeva Suqmayıt şəhər Məhkəməsinə gətirilib.
Az sonra məhkəmə istintaq orqanı tərəfindən verilən təqdimata baxacaq.
Qeyd edək ki, T. Əliyeva sənəd saxtalaşdırmaqda ittiham olunur. İş üzrə ANAMA sədrinin müavini, general-mayor Ceyhun Rzayevin şikayətçi olduğu bildirilir.