İlbizlərin qabıqları niyə müxtəlif istiqamətlərdə  burulur?
19 oktyabr 2026 02:34 (UTC +04:00)

İlbizlərin qabıqları niyə müxtəlif istiqamətlərdə burulur?

0

Yaponiyanın Tohoku Universiteti və Böyük Britaniyanın Nottingem Universitetinin alimləri ilbizlərin qabıqlarının hansı istiqamətdə burulmasını müəyyən edən genetik mexanizmi aşkar ediblər.

Lent.az xəbər verir ki, araşdırmaya görə, bu xüsusiyyət miozin adlı zülalın yaranmasını təmin edən genin fərqləri ilə əlaqəlidir.

Alimlər müəyyən ediblər ki, həmin gendəki kiçik dəyişikliklər embrionun inkişafının ilkin mərhələsində hüceyrələrin saat əqrəbi istiqamətində və ya əksinə hərəkət etməsinə təsir göstərir. Bu proses nəticədə ilbizin qabığının və bədən quruluşunun hansı istiqamətdə formalaşacağını müəyyənləşdirir.

Tədqiqatın maraqlı nəticələrindən biri odur ki, sağa və sola burulan qabıqlara malik yapon ilbizləri normal inkişaf edə bilir. Alimlər hesab edirlər ki, bu araşdırma canlılarda bədənin sağ və sol tərəflərinin necə formalaşdığını, o cümlədən insanlarda orqanların yerləşməsinin hansı mexanizmlərlə müəyyən edildiyini anlamağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar