Galatasaray futbolçusu Mauro İkardi, keçmiş həyat yoldaşı Wanda Nara ilə boşandıqdan sonra argentinalı aktrisa China Suarez ilə münasibətini davam etdirir.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük, münasibətlərini sosial mediada paylaşdıqları romantik görüntülərlə təsdiqləyib.
İbizada Romantik Tətil
İkardi və Suarez, İspaniyanın İbiza adasında romantik tətil keçiriblər. Cütlük, dənizdə üzərkən və günəş vannası alarkən görüntülənib. İkardi, sevgilisini öpərək romantik anlar yaşadığını nümayiş etdirib. Suarez isə bu anları sosial media hesabında qırmızı ürək emojisi ilə paylaşaraq münasibətlərini ictimaiyyətə açıqlayıb.