Qadın  çimməyən   və dişlərini yumayan ərindən BOŞANDI
30 yanvar 2024 13:47 (UTC +04:00)

Qadın çimməyən və dişlərini yumayan ərindən BOŞANDI

Ankarada yaşayan A.Y. (ad şərtidir) həyat yoldaşı C.Y.nin duş qəbul etmədiyini, 5 gün eyni paltarı geyindiyini, həftədə yalnız bir-iki dəfə dişlərini fırçalayaraq şəxsi gigiyenasına fikir vermədiyini iddia edərək boşanma ərizəsi verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 19-cu Ailə Məhkəməsində baxılan işdə A.Y. ərinə qarşı irəli sürülən ittihamları şahidləri ilə sübut edib.

Məhkəmə C.Y.ni tamamilə günahkar bilib və boşanma qərarı verib. Eyni zamanda, 500 min lirə təzminat təyin edib.

Regional Ədliyyə Məhkəməsində qanuni hesab edilən qərar Ali Apelyasiya Məhkəməsinin 2-ci Kollegiyasında da təsdiqlənib. Ali Məhkəmə qərarında boşanmaya səbəb olan hadisələrdə şəxsi gigiyenaya fikir verməmək, tər iyi gəlmək kimi hadisələrdə təqsirləndirilən ərin tamamilə günahkar olduğu, arvadın isə zərərçəkən tərəf olduğu qənaətinə gəlib.

A.Y.nin vəkili Senem Yılmazel təzminat qərarının da təsdiqləndiyini bildirib:

"Mülki qanunumuzda xüsusi və ümumi boşanma səbəbləri olaraq iki yerə bölünür. Boşanmanın ümumi səbəbləri müştərək həyatı dözülməz edən hər şeydir. Misal gətirməli olsam, müvəkkilimiz üçün açdığımız boşanma işində boşanma səbəbi qarşı tərəfin şəxsi gigiyenaya fikir verməməsi olub. Yəni çox az duş alırdı. Həftədə 1-2 dəfə dişlərini fırçalayırdı. Bu səbəbdən boşanma davası qaldırdıq. Birinci instansiya məhkəməsi qadının haqlı, kişinin isə haqsız olduğunu qərara aldı. Tələbimiz maddi və mənəvi təzminat tələb edən bir boşanma davası idi. Müvəkkilimə 500 min lirə təzminat ödənilməsinə qərar verildi. Bu qərar yuxarı instansiyalara getdi. Əvvəlcə Regional Ədalət Məhkəməsində qəbul edildi. Sonra Ali Apelyasiya Məhkəməsinin qərarı ilə bu, qəti nəticə oldu”.

A.Y.nin iddialarının şahid ifadələri ilə sübuta yetirildiyini deyən vəkil Yılmazel iddiaçı ilə cavabdehin ortaq dostları olduğunu qeyd edib:

“Müvəkkilimin iş yerindəki yoldaşları da şahid qismində məhkəməyə gəldi. Ondan tər iyi gəldiyini, işləyərkən ardıcıl 5 gün eyni paltarı geyindiyini bildirdilər”.

# 4401
avatar

Fidan İlqar

Oxşar yazılar