Qadınlar niyə kişilərdən daha çox  yatmalıdır?
05 fevral 2024 12:22 (UTC +04:00)

Qadınlar niyə kişilərdən daha çox yatmalıdır?

Qadınların niyə kişilərdən daha çox yatmağa ehtiyacı olduğu ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim-endokrinoloq Zuxra Pavlova kişilər və qadınlar arasında yuxu ehtiyaclarının fərqindən danışıb.

Onun sözlərinə görə, Britaniya alimləri aşkar ediblər ki, zərif cinsin nümayəndələri kişilərdən 15-30 dəqiqə çox yatmalıdırlar. Həkim bunun səbəbini qadın beyninin kişi beynindən daha intensiv işləməsi, gün ərzində bir çox müxtəlif işləri, o cümlədən iş, ev işləri, uşaqlara qulluq və başqa işlər yerinə yetirməsi ilə izah edib. Bu səbəbdən qadınların istirahətə ehtiyacı daha yüksəkdir.

Bundan əlavə, qadınlar aylıq dövrünün son iki həftəsində səviyyəsi artan cinsi hormon progesterondan təsirlənir və daha çox yatmaq istəyirlər.

Endokrinoloq axşam bir stəkan şərabın sağlam yuxuya səbəb olması barədə mifi də təkzib edib. Məlum olub ki, spirt daha tez yuxuya getməyə kömək edir, lakin beyin gün ərzində qəbul edilən məlumatları emal edərkən yuxunun vacib mərhələsinin müddətini qısaldır. Nəticədə insanın yuxu keyfiyyəti aşağı düşür.

# 8043
avatar

Fidan İlqar

Oxşar yazılar