Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə
02 iyul 2026 14:42 (UTC +04:00)

Sevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə

0

"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub.

Gündəlik həyatda yaşanan fikir ayrılıqları, qısqanclıq səbəbindən baş verən mübahisələr və eyni evdə yaşamağın gətirdiyi gərginlik münasibətə mənfi təsir göstərib. Məlumata görə, bundan sonra Çina Suares münasibəti birdəfəlik bitirmək qərarına gəlib.

Qeyd edək ki, cütlük münasibətdə olduqlarını 2025-ci ilin əvvəlində açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar