Süni intellekt vasitəsilə özünə arvad tapdı
31 yanvar 2024 16:47 (UTC +04:00)

Süni intellekt vasitəsilə özünə arvad tapdı

Rusiyalı bir tərtibatçı neyron şəbəkəsindən istifadə edərək həyat yoldaşı tapıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, gənc 2021-ci ildə sevgilisindən ayrılıb. Bundan sonra o, yenisini tapmaqdan ötrü dərsdən, ünsiyyətdən və hobbidən yayınmamaq üçün prosesi avtomatlaşdırmaq lazım olduğuna qərar verib. O, profilləri seçmək, onları sağa sürüşdürmək və söhbəti davam etdirmək üçün neyron şəbəkəni konfiqurasiya edə bilib. Tərtibatçı botu elə konfiqurasiya edib ki, o, oğlanın adından ünsiyyət qursun və sonradan qızı görüşə dəvət etsin. Əvvəlcə dialoq alınmayıb, süni intellekt yazışmaların gedişatını unudub.

Botun ikinci versiyası daha da yaxşılaşıb. O, ünsiyyət tərzini təkrarlaya, anket olmadan və digər meyarlara uyğun profilləri süzgəcdən keçirə bilib. Bununla belə, bu sistem də uğursuz olub, çünki neyron şəbəkəsi hədiyyələr söz verib və tərtibatçının xəbəri olmadan görüşlər təyin edib.

Sonra gənc təqvim, daha yaxşı tanınan fotoşəkillər və fərqli etimad səviyyələri ilə işləyən üçüncü versiyanı yaradıb.

Gənc bir çox görüşlərə gedib, amma qızlardan biri ilə daimi münasibət qurub. O, botun son versiyasını onunla ünsiyyət üçün xüsusi olaraq yazıb. Bir gün neyroşəbəkə onların dialoqunu yekunlaşdıraraq ona qızla evlənməyi məsləhət görüb.

Tərtibatçı eksperimentə 120 saat sərf etdiyini, lazımi giriş üçün 1,5 min dollar və restoranlarda hesabı ödəmək üçün 200 minə qədər pul xərclədiyini söyləyib.

# 3414
avatar

Oxşar yazılar