Ən çox satılan  Android smartfonu
12 oktyabr 2023 17:09 (UTC +04:00)

Ən çox satılan Android smartfonu

“Redmi Note 12 5G” 2023-cü ilin ən çox satılan Android smartfonu seçilib. 

Lent.az xəbər verir ki, bu smartfon bu il ərzində 1 milyon ədəd satılıb. 

Həmçinin, yanvar-iyul ayları arasında 1 milyon satılan ilk Android smartfonu olub. Qiyməti 180 dollar olan smartfon Full HD+ təsviri və 120 Hz təzələmə tezliyi ilə yüksək keyfiyyətli 6,67 düymlük AMOLED displey təklif edir. Eyni zamanda ekranın maksimum parlaqlığı 1200 nit təşkil edir ki, bu da bu seqmentdə çox nadir olan bir şeydir.

Smartfon 8 meqapiksellik ultra geniş bucaqlı sensor və 2 meqapiksellik makro modulla tamamlanan 48 meqapiksellik əsas kameraya malikdir. Ön tərəfdə 13 meqapiksellik sensor var. Redmi Note 12 5G Snapdragon 4 Gen 1 çipi və 5000 mAh batareya ilə təchiz olunub.

Ümumiyyətlə, smartfon büdcə seqmentində olan digər modellərdən çox da fərqlənmir. Onun rəqibləri ilə müqayisədə əsas üstünlüyü IP53 standartına uyğun sertifikatlaşdırılmış mühafizənin olmasıdır. Bunun sayəsində smartfon yağışda istifadə edildikdən sonra zədələnməyəcək. 
 

# 7638
avatar

Sevinc Fərid

Oxşar yazılar