Misir piramidalarında ilk dəfə moda nümayişi baş tutub - FOTO
10 dekabr 2022 15:12 (UTC +04:00)

Misir piramidalarında ilk dəfə moda nümayişi baş tutub - FOTO

Dünyaca məşhur fransız moda evi 2023-cü ilin payız kişi kolleksiyasını təqdim edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, moda nümayişi Misirin paytaxtı Qahirədə yerləşən dünyanın yeddi möcüzəsindən biri olan Giza Piramidalarında baş tutub.

Gün batdıqdan sonra möhtəşəm piramidaların qarşısında keçirilən moda nümayişinə britaniyalı top model Naomi Kempbell, 7 qat Formula 1 çempionu britaniyalı pilot Lyuis Hemilton, məşhur “Twilight” aktyoru Robert Pattinson və K-pop ulduzu Cha Eun Woo da daxil olmaqla 800 qonaq qatılıb.

Ümumilikdə 75 modelin gəzdiyi moda nümayişində nəhəng piramidalar ağ işıqla işıqlandırılıb.

Qeyd edək ki, bu nümayiş Avropa moda evinin Misir piramidalarında təşkil etdiyi ilk moda nümayişi olub.

# 1908
avatar

Arzu Qurbanlı

Oxşar yazılar