“Barselona” azarkeşi "Qalatasaray"lıları belə dəli etdi - VİDEO
14 oktyabr 2026 15:45 (UTC +04:00)

“Barselona” azarkeşi "Qalatasaray"lıları belə dəli etdi - VİDEO

0

UEFA Çempionlar Liqasında “Qalatasaray”ın “Barselona”ya 1:4 hesabı ilə məğlub olduğu qarşılaşmada tribunada maraqlı görüntü qeydə alınıb.

Lent.az xəbər verir ki, “Barselona” azarkeşlərindən biri “Fənərbağça” və “Barselona” formalarının birləşdirildiyi xüsusi forma ilə RAMS Parkda oyunu izləyib.

İnstaqramda “Alex Del Barca” istifadəçi adı ilə paylaşım edən azarkeş bir tərəfi “Fənərbağça”nın sarı-göy, digər tərəfi isə “Barselona”nın tünd qırmızı-göy rənglərindən ibarət forma ilə tribunada şəkil çəkdirib.

“Barselona” azarkeşi RAMS Parkdan etdiyi paylaşımda “Visca Barça & en büyük Fener” (“Yaşasın Barselona və ən böyük Fənər”) sözlərini yazıb.

“Qalatasaray”ın əzəli rəqibi “Fənərbağça” ilə “Barselona”nı eyni formada birləşdirən azarkeşin paylaşımı sarı-qırmızılı tərəfdarların etirazına səbəb olub.

Xüsusilə həmin formanın RAMS Park stadionunda geyinilməsi və paylaşımda “Fənərbağça”ya dəstək ifadə olunması tənqid edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar