Ankardakı İran səfirliyi qarşısında Azərbaycan dili aksiyası oldu
Türkiyədə yaşayan, əslən Güney Azərbacandan olan azərbaycanlı siyasi mühacirlərin iştirakı ilə Ankarada İran əleyhinə etiraz aksiyası keçirilib.
Bu barədə APA-ya aksiya iştirakçılarından Türkiyədə yaşayan və əslən Ərdəbildən olan azərbaycanlı siyasi mühacir Siyamək Babanejad məlumat verib.
O bildirib ki, piket İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq qadağasına etiraz olaraq keçirilib: “İranda yaşayan azərbaycanlılar milli azlıq deyil, xalq statusundadır. Bizim də ana dilində təhsil almaq haqqımız var. Uzun illər Tehran hakimiyyətindən bu hüququmuzu təmin etməsi üçün tələblər irəli sürür və etiraz aksiyaları keçiririk. Lakin hələ də hüququmuz təmin olunmayıb. Sentyabrın 22-də İranda yeni dərs ili başlayıb. Bu dəfə də on minlərlə azərbaycanlı uşaqlar ana dilində təhsil ala bilməyəcək. Bu haqsızlığa etiraz olaraq Türkiyədə yaşayan azərbaycanlı siyasi mühacirlər olaraq belə bir piket keçirməyi qərara aldıq. Bu aksiyanın heç bir qurumla və təşkilatla bağlılığı yoxdur”.
S. Babanejadın bildirdiyinə görə, aksiya iştirakçıları yerli vaxtla saat 11:30-da Ankaradakı Kuğulu parkında toplaşaraq, əllərində plakatlarla oradan İran səfirliyinədək yürüş keçiriliblər: “Piket səfirliyin binası qarşısında davam edib. “Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!”, “Dilimiz farsca deyil, Azərbaycan türkcəsidir!”, “Türk dili qadağasına son!” kimi siyasi və milli şüarlar səsləndirdik. Ana dili haqqımızı tələb etdiyi üçün hazırda həbsdə olan tanınmış azərbaycanlı jurnalist Səid Mətinpurun fotolarını də nümayiş etdirərək, sərbəst buraxılmasını istədik”.
Yerli media nümayəndələrinin də iştirak etdiyi aksiyanın sonunda bəyanat oxunub.

Oxşar yazılar
İran hava məkanını bağladı - Səbəb
22 avqust 2025 , 07:40
Fişəng anbarı partladı, 2 ölü, 34 yaralı
22 avqust 2025 , 02:01
Bu GERÇƏKDİR: 6 dəfə ölüb dirildi - Həyatı sənədli film oldu
21 avqust 2025 , 20:15
Açılmayan SİRR: səssiz adam 11 ildir yolları bağlayır
21 avqust 2025 , 18:06
Gəmidə toyuq kotletlərinə görə kütləvi DAVA
21 avqust 2025 , 16:54
Dünyanın ən əlçatmaz kitabxanası: harada yerləşir və insanları necə cəlb edir?
21 avqust 2025 , 14:32
Süni intellektlə sevgili oldu, arvadını boşamaq istədi
21 avqust 2025 , 14:03