Tansu Çillər də ifadə verdi
0
0
Türkiyə informasiya vasitələrinin məlumatına görə,o, sədri olduğu Doğru Yol Partiyası və Nəcməddin Ərbakanın sədri olduğu Refah Partiyasının (RP) həmin dövrdə ordunun hədəfində olduğunu qeyd edib. İfadəsində prokurorluq əmakdaşlarına “Refah-Yol” hökumətinin ordu tərəfindən istefaya məcbur edilməsi barədə məlumat verən Tansu Çillər şikayətçi olmadığını da vurğulayıb.
Xatırladaq ki,1997-ci il fevralın 28-də başlayan bu proses həmin il iyunun 18-də baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələndi. Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın sədri olan Tansu Çillərə verilməsi gözlənilsə də dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni Ana Vətən Partiyasıının sədri Məsud Yılmaza vermişdi. M. Yılmaz isə iyunun 30-da “Anasol-D” hökumətini qurmuşdu.