Lukaşenko Qırğızıstandan Bakiyevin təqaüdünü istəyir
12 dekabr 2012 01:28 (UTC +04:00)

Lukaşenko Qırğızıstandan Bakiyevin təqaüdünü istəyir

0
Belorus prezidenti Aleksandr Lukaşenko Qırğıstanın keçmiş prezidenti Qurbamnbəy Bakiyevin ölkəsində olduğunu bir daha bəyan edib.O, Qırğızıstan hakimiyyətdən xahiş edib ki, keçmiş dövlət başçısına veriləcək təqaüdü Belorusa köçürsünlər.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib:«İnsan sağdır.Təqaüdünü bura köçürün. Guya ki köçürüblər, ancaq gəlib çatmayıb. Onun çox gözəl uşaqları var»-deyən, Belorus lideri əlavə edib ki, qısa müddətə onlar beloruscanı da öyrəniblər.

O, MDB, Baltik və Gürcüstanın baş redaktorları klubunun üzvləri görüşdə Q.Bakiyevin hakimiyyətdən devrilməsi haqda xatirələrindən də söz açıb:«O, zəng edib ağladı. Dedi ki, uşaqları götürüm. Mən də dedim ki, uşaqlara birlikdə bura gəl. Bakiyev dostum olmayıb. O, Putin və Nazarbayevin dostu idi».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1719

Oxşar yazılar