İran AEBA-nın şərtlərinə əməl etmir
0
0
“Soyuq savaş” illərindən sonra ABŞ ilk dəfə olaraq, özünün atom silahı ehtiyatını açıqlayıb. Məlumata əsasən, hazırda amerikalıların 5113 nüvə başlığı var. 1967-ci ildə 31225 başlıq olub. Vaşinqton bu istiqamətdə bir neçə dəfə ixtisar apardığını bildirib. 1989-cu ildən sonra başlıqlar 75 faiz azaldılıb. 1994-2000-ci maliyyə ilində ABŞ-da 8748 nüvə başlığı sökülüb. 1991-ci il sentyabrın 30-dan 2009-cu il sentyabrın 30-dək strateji olmayan nüvə başlıqları 90 faiz azaldılıb.
Bu xəbər Nyu-Yorkda Kütləvi qırğın silahının yayılmaması ilə bağlı 8-ci konfransın keçirildiyi vaxtda Pentaqon tərəfindən yayıldı. Qeyd edək ki, hələ ABŞ-ın keçmiş prezidenti Reyqanla keçmiş SSRİ rəhbəri M.Qorbaçov arasında 1988-ci ildə əldə edilmiş razılığa görə, nüvə silahları 2000-ci ilə qədər tamamilə ləğv edilməliydi.
Ancaq baş verən hadisələr bu prosesi dayandırdı. Həmin anlaşmanı 1998-ci ildə ABŞ-ın o vaxtkı dövlət başçısı Klintonla Rusiya prezidenti Yeltsin yada saldı. Bu yaxınlarda isə Ağ Evin indiki yiyəsi Barak Obama rusiyalı həmkarı Dmitri Medvedev bu məsələyə yenidən qayıtdılar.
Kütləvi qırığın silahının yaradıcı və aparıcı dövlətlərinin bu addımı atom silahı əldə etmək istəyənlər üçün bir örnək də sayıla bilər.
Nyu-Yorkda keçirilən konfransda BMT-nin baş katibi Pan Gi Mun çıxış edib. O, Yaxın Şərqin nüvə silahından azad bölgə olmasının vacibliyini söyləyib.
Baş katib, İran hakimiyyətini nüvə silahının yayılmaması ilə bağlı öhdəlikləri, habelə BMT Təhlükəsizlik Şurasının bütün tələbələrini yerinə yetirməyə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığa çağırıb. Baş katib rəsmi Tehranı agentliyin yanacaq mübadiləsinə dair bir müddət öncə irəli sürdüyü təklifi qəbul etməyə səsləyib: “Beynəlxalq ictimaiyyətin etibarını qazanması üçün bu, İslam Respublikası tərəfindən ilk addım ola bilər”.
Pan Gi Mun İranı konstruktiv əməkdaşlığa çağıraraq, qeyd edib ki, nüvə proqramı ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün bütün məsuliyyət İslam Respublikasının üzərindədir.
İran prezidenti Mahmud Əhmədinijat baş katibin AEBA ilə əməkdaşlığa dair təkliflərini qəbul etdiklərini deyib: “Bu təklif bizim üçün məqbuldur. Ancaq biz də məsələ ilə bağlı öz təkliflərimizi bildirmişik və cavab gözləyirik”.
AEBA-nın baş direktoru Yukio Amano isə bildirib ki, İranın nüvə materiallarının yoxlanılması davam edir: “Ancaq bu proqramın dinc məqsədli olduğunu təsdiqləyə bilmirik”. Onun sözlərinə görə, İslam Respublikası agentliklə “lazımi səviyyədə əməkdaşlıq etmir”.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına əsasən, ABŞ-ın dövlət katibi Hillari Klinton deyib ki, nüvə yanacağı mübadiləsinə Tehranın hazır olması haqda verdiyi bəyanatın heç bir əsası yoxdur, eləcə də onlar AEBA və BMT Təhlükəsizlik Şurasının tələblərini “pozur”.
İran prezidentinin Nyu-Yorkdakı son çıxışı, əslində, Tehran rəsmilərinin ölkə paytaxtından verdiyi bəyanatların bir qədər fərqli redaktədə təkrarıdır. Son zamanlar tanınmış şirkətlərin İranla iqtisadi-ticarət əlaqələri məhdudlaşdırması ölkə rəhbərliyini çətinliyə salıb. İslam Respublikasının Ticarət Nazirliyi əhalinin əsas ərzaq ehtiyatının təmini məqsədi ilə dövlət büdcəsindən 2 milyard dollar maliyyə vəsaiti ayrıldığı haqda açıqlama verib. Açıqlamaya görə, bu pula mal əti, toyuq əti, yumurta, quru süd, pendir, kərə yağı, düyü, lobya, mərci, makaron, bitki yağı, qənd , şəkər və s. gündəlik tələbat malları alınıb, anbarlarda saxlanılacaq.
Odur ki, Tehran hakimiyyəti həm gözlənilən qətnamənin qadağalarını, həm də ehtimal olunan hərbi əməliyyatların törədə biləcəyi çətinliyi qarşılamağa hazırlaşır. Əslində bütün bu sayaq çabalar ilə İran hakimiyyəti öz yerini qorumağa çalışır və bunun üçün dünyanın aparıcı dövlətlərindən təminat istəyir. Əhmədinijatın Nyu-Yorkdakı çıxışının da bu niyyətə hesablandığını ehtimal etmək olar.
Sədrəddin Soltan

Oxşar yazılar

Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45
Alen Delonun 17 min avroluq qol saatı oğurlandı
7 sentyabr 2025 , 05:50
Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib
7 sentyabr 2025 , 04:11
Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapıldı
7 sentyabr 2025 , 03:26
Portuqaliya Ermənistanı meydana çıxmağına PEŞMAN ETDİ
6 sentyabr 2025 , 22:02
Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53