Əhmədinijat hər yeni doğulan uşağa 780 avro verəcək
0
0
İran əhalisinin yaşına görə bölgənin ən gənc dövlətidir. Ancaq sosial problemlər ucbatından gənclər gec ailə qurur, eləcə də ölkədə ənənəvi çoxuşaqlılıq yerini bir və ya ikiövladlılığa verməkdədir. Belə bir hal təbii ki, perspektivdə ölkənin ciddi demoqrafik problemlə üzləşəcəyindən xəbər verir. Bundan başqa, 1979–cu ilin fevralında öldürülmüş, İslam Respublikasının məhkəməsiz qətlə yetirdiyi siyasilərin və adi insanların, İran-İraq savaşında həlak olmuş (rəsmi məlumatlara görə 1,5 milyon nəfərdir) subay gənclərin də varissizliyi bu prosesə mənfi təsir göstərməkdədir.
Lent.az-ın “Pais” qəzetinə istinadən məlumatında bildirilib ki, İran prezidenti Mahmud Əhmədinijat əhalinin sayının artmasını vacib sayır.
Xatırladaq ki, bu günlərdə İslam Respublikasının hökumət başçısı paytaxtın bələdiyyə şurası üzvləri ilə görüşdə İranın 30 ildən sonra Qərbin üzləşdiyi demoqrafik problemlə üzləşəcəyindən ehtiyatlandıqlarını söyləyib. O, xatırladıb ki, 40 il bundan qabaq amerikalılar və avropalılar ailə planlaşdırılması haqda qanunu təsdiqlədi, bu gün həmin dövlətlərin əhalisinin çoxu yaşlaşmış, təqaüdçü insanlardır.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, İranın əhalisi 74 milyondur. Onların 60 faizini 30 yaşadək gənclər təşkil edir. İslam Respublikasının prezidenti əhalinin sayının 120 milyona çatdırılmasını istədiyini bildirib.
M.Əhmədinijatın sözlərinə görə, “hər ailədə iki uşaq” artıq aktual deyil. O, ölkəsinin bölgədə aparıcı mövqe tutmaq istədiyini vurğulayaraq, əhali sayının artmasının da bu məsələyə müsbət təsirini söyləyib.
Əhmədinijat bildirib ki, doğumun artımını stimullaşdırmaq məqsədilə hər ailəyə doğulan bir uşaq üçün 780 avro həvəsləndirici müavinət veriləcək.
Yeri gəlmişkən, hələ 1993-cü ildə İran İslam Respublikası əhalinin sayının azaldılması(planlaşdırılması) məqsədi ilə Misirdə keçirilən “Əhali artımının planlı idarə olunmasına dair” konfransa bu şüarla qatılmışdı: “Övladın az olması yaşamın yaxşı olmasıdır!” (farscası: “Fərzəndi kəm tər zindegi behtər!”). O zaman hakimiyyətə müxalif olanlar bildirirdilər ki, şahın dövründə aborta qarşı çıxan hakimiyyət indi bu təbii artımın qarşısını zorla almaq istəyir.
Sədrəddin Soltan

Oxşar yazılar

Əfqanıstanda qadınlar dağıntılar altında öldü: Taliban əvvəlcə kişiləri xilas etdi
7 sentyabr 2025 , 10:42
Rusiya Kiyevə hücum etdi, hökumət binasında yanğın baş verdi
7 sentyabr 2025 , 08:23
Rusiyada "WhatsApp"ı təntənəli şəkildə "dəfn etdilər"
7 sentyabr 2025 , 06:45
Alen Delonun 17 min avroluq qol saatı oğurlandı
7 sentyabr 2025 , 05:50
Ərdoğan: Zəlzələdən sonra 300 min obyekt istismara verilib
7 sentyabr 2025 , 04:11
Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapıldı
7 sentyabr 2025 , 03:26
Portuqaliya Ermənistanı meydana çıxmağına PEŞMAN ETDİ
6 sentyabr 2025 , 22:02