1,4 milyon yaşı olan heyvan sümükləri tapıldı - FOTO
ABŞ-da tarixin ən böyük arxeoloji kəşfi qeydə alınıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Kaliforniyada səhralıq ərazidə, San Timoteo kanyonunda inşaat işləri aparan bir şirkət milyon il əvvəlki həyata işıq salan arxeoloji kəşfə imza atıb.
Qazıntı zamanı yaşı 1,4 milyon il olan 35 növ heyvanın sümükləri tapılıb. Bu sümüklər nəhəng boz ayılara, qılınc kimi dişlərə sahib pişiklərə, dəvəyə və müxtəlif kiçik heyvanlara məxsusdur. At və lama sümükləri də aşkarlanıb. Bölgədə bir zaman üzərini torpaq qatı örtmüş çinar, şam ağacları, qamışla örtülü bataqlığın qalıqları da üzə çıxıb.
Mikrobioloq Rick Greenvood deyib ki, Kaliforniyada tapılan sümüklər, Los Ancelesın məşhur La Brea xəndəklərində ortaya çıxarılan sümüklərdən 1 milyon il əvvələ aiddir və bu tapıntı keçmişdə yaşamı öyrənmək baxımdan elm aləmi üçün böyük önəm daşıyır: “İndi səhralıq olan bu ərazidə 1 milyon il əvvəl lama, at kimi heyvanların yaşamış ola biləcəyini insanlar ağıllarından belə keçirə bilməzdi. Bu gün quraq, səhra olan bu ərazi 1 milyon il əvvəl fərqli təbiətə sahibmiş”.
Sümüklər gələn il Hemet şəhərində Qərb Elm Mərkəzinə təqdim olunacaq.

Oxşar yazılar

Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar - FOTO
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22