3 min illik peyğəmbər möcüzəsi gerçək çıxdı!
Alimlər kompüterlərlə aparılan simulyasiyalarla 3 min il əvvəl yəhudilərin Musa peyğəmbərin başçılığı ilə Misir fironunun ordusunun təqibindən can qurtarmasına yol açan möcüzənin gerçək həyatda yaşana biləcəyini sübut ediblər.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Milli Atmosfer Araşdırma Mərkəzi (NCAR) və Kolorado Universitetinin alimləri “Tövrat”da haqqında danışılan möcüzəsini araşdırmaq üçün kompüter simulyasiyaları ilə Qırmızı dənizi iki yerə ayırmağa çalışıblar və bu, mümkün olub.
Alimlər təcrübəni həyata keçirmək üçün “Tövrat”da haqqında danışılan möcüzənin yaşandığı bölgənin xəritələrini, arxeoloji qeydləri və bölgənin kosmosdan çəkilən şəkillərini araşdıraraq xüsusi topoqrafik xəritə qurublar. Bunun əsasında Ağ dənizin cənubunda, 3 min əvvəl Nil çayının axan sularından yaranmış Tanis gölünün olduğu yerdə sınağa başlayıblar.
Kompüter modelləri saatda 100 kilometr sürətlə əsən küləyə məruz qalan bölgədə təxminən 1,8 metr dərinlikdə suyu 12 saat boyunca araşdırıblar. Simulyasiyada külək dənizin suyunu həm göl olan hövzəyə, həm də Nil çayının qoluna doğru yönəldib. Nəticədə bir neçə saat 4-4,5 kilometr uzunluğunda və 1,8 kilometr enlikdə düz, lilli bir sahə ortaya çıxıb. Küləyin dayanması ilə lilli sahəni yenə su örtüb.
NCAR rəsmisi Carl Devis, simulasiyalarla “Tövrat”da haqqında danışılan olaya bənzər bir nəticənin şahidi olduqlarını söyləyib.

Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39