Rusiya Avropa Birliyinə viza rejiminin ləğvini təklif edib
Rusiya Avropa Birliyinə qarşılıqlı olaraq viza rejiminin ləğvi barədə təklif ünvanlayıb və hazırda təklifə cavab gözləyir. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.
Sergey Lavrov deyib ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiya çərçivəsində o, Avropa Birliyinə daxil olan 27 ölkənin xarici işlər naziri ilə görüşüb və bu təklifi onlara çatdırıb: “Rusiya prezidenti Dmitri Medvedev bununla bağlı layihəni Avropa Komissiyasının rəhbəri Joze Manuel Barroza və Avropa Birliyinin prezidenti Van Rompeyə təqdim edib. Layihəyə hələ reaksiya verilməyib. Moskva tərəfdaşlarının son şübhəsini də aradan qaldırmaq üçün nə etmək lazım olduğu barədə konkret cavab gözləyir”.
Sergey Lavrov ümid edib ki, dekabrda Brüsseldə keçiriləcək Rusiya-Avropa Birliyi sammitində viza rejiminin ləğvi ilə bağlı cavab veriləcək.

Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05