Moldova parlamenti buraxıldı
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, növbədənkənar seçkilər noyabrın 28-nə təyin olunub.
Qimpu rəqiblərinin çox pis siyasət apararaq xalqı aldatdıqlarını bildirib: “Onlar mənim fərmanı imzalamayacağımı iddia edirdilər. Mən isə Konstitusiya və qanunlara əsaslanaraq, bu fərmanı imzalamışam və qanunu yerinə yetirmişəm”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi sentyabrın 21-də qərar çıxararaq parlamentin buraxılmasının mümkünlüyünü təsdiq edib. Məhkəmənin qərarında deyilir ki, parlamentin hazırkı tərkibi prezident seçə bilmədiyindən, onun buraxılması üçün bütün şərait yaranıb. Məhkəmənin sədri Dmitri Pulbere onu da izah edib ki, əgər parlament təkrar seçkilər zamanı da prezidenti seçə bilməsə, fəaliyyətdə olan prezident parlamenti buraxır və yeni seçkilər təyin edir.
Moldova parlamenti 2009-cu ilin noyabr və dekabr aylarında prezident seçə bilməyib. Amma prezident səlahiyyətlərini icra edən Mixail Qimpu qanunverici orqanın buraxılmasına tələsməyib. Çünki hazırkı parlamentdə onu dəstəkləyən deputatların sayı əleyhdarlarından azacıq da olsa üstün olub.
Prezidentin ümumxalq seçkisi ilə seçilməsi ilə bağlı keçirilən referendum isə seçicilərin qeyri-aktivliyi səbəbindən baş tutmayıb.
Bundan sonra Mixail Qimpu Konstitusiya Məhkəməsinin təzyiqi ilə parlamenti buraxmaq məcburiyyətində qalıb.

Oxşar yazılar

Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03
Modeli evində qarət edib zorladılar
8 iyul 2025 , 17:35
Ər-arvad lotereyadan ikinci dəfə milyonlar uddu
8 iyul 2025 , 16:22
Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24