Amerikalılar İrana qarşı savaşı dəstəkləmirlər
Lent.az-ın İran «PressTV»-sinə istinadən məlumatına görə, İslam Respublikası nüvə bombası sınağını keçirdiyi və ya İsrailə hücum edəcəyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasını amerikalılar dəstəkləmədiklərini bildiriblər.
«Vanity Fair» adlı sorğu şirkətinin keçirdiyi telefon sorğusunda rəyi soruşulanlar «İranla müharibəni dəstəkləməyə əsas yoxdur» - deyiblər.
906 təsadüfi respondent arasında keçirilmiş sorğu iştirakçılarının 25 faizi bildirib ki, əgər İslam Respublikası ABŞ-ın körfəzdəki dəniz donanmasına və ya ölkə ərazisinə hücum edərsə, hakimiyyətin İrana qarşı savaş elanını dəstəkləyəcəklər. 24 faizə yaxın sorğu iştirakçısı isə İrana qarşı savaşı dəstəkləmədiklərini bildirib. 11 faizə görə İran nüvə bombasını sınaqdan keçirərsə, o halda ABŞ-ın İrana qarşı savaşını dəstəkləyib.
Bu gün İsrail və Yunanıstanın Hərbi Hava Qüvvələri «Minoas» adlı birgə hərbi təlimlərə başlayıb. 4 günlük bu hərbi məşqlər Peloponnesin qərbində və Kritdə keçiriləcək.
Yunanıstanın Müdafiə Nazirliyindən bildirilib ki, bu təlimlər Qəzza zolağına «Azad donanma» məsələsinə görə təxirə salınmışdı.
Həmin manevrlər zamanı İsrail və yunanların «Apaches» və «Black Hawk UH-60» vertolyotları dağlıq və meşələrdə hava hücumunu məşq edəcək.
Tərəflər arasında hərbi sahədə əməkdaşlıq 2008-ci ildən etibarən inkişaf etməkdədir. Onda İsrailin Hərbi Hava Qüvvələri İranın atom-nüvə obyektlərinin bombalanması ilə bağlı iri miqyaslı təlim keçirmişdi. Həmin manevrdə yüzdən artıq «F-15» və «F-16» qırıcıları iştirak etmişdi. Təyyarələr İran ərazisindən 1500 kilometr aralı uçub.
Bəzi mütəxəssislərin fikrincə, bu təlimdə İrandan gözlənilən hücumu önləmək məqsədi ilə keçirilir.
Sədrəddin Soltan

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36