Son 100 ildə belə yağış yağmayıb...
Türkiyənin bütün bölgələrini bürüyən leysan yağışlar bu gün və səhər də davam edəcək. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Dövlət Meteorologiya İdarəsinin müdiri Mehmet Çağlar söyləyib.
Leysan yağışlar Türkiyənin bütün bölgələrini əhatə edir. O bildirib ki, son 100 ildə Türkiyədə belə intensiv leysan yağışlar yağmayıb. Məsələn, son 24 saatda Bursada hər kvadrat metrə 101,4 kiloqram, Balıkəsirdə 55 kiloqram, Ankarada 45 kiloqram yağış düşüb. İstanbulda da leysan yağışlar ara vermir.
Mehmet Çağlar deyib ki, güclü yağışlar Bursa, İstanbul, Balıkəsir, Ankara və digər yerlərdə sel fəlakətinə səbəb olacaq. O, əhalini ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, son məlumatlara görə, sel suları Bursada və İstanbulda 1 nəfərin ölümünə səbəb olub.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36