Tacikistanda 27 silahlı təslim olub
Tacikistanın Rəşt rayonunda silahlılara qarşı bir neçə həftə ərzində keçirilən xüsusi əməliyyat nəticə verir. Lent.az-ın “Aziya-Plyus” agentliyinə istinadən verdiyi məlumata görə, silahlı qrupun üzvləri müqavimət göstərməkdən imtina edərək silahlarını güc strukturlarına təhvil verirlər.
Son bir neçə gündə 27 nəfər silahlarını hakimiyyət orqanlarına təhvil verməyə razılaşıb. Silahlarını təhvil verənlər arasında silahlı qruplaşmalardan birinin liderləri olan Mirzoxuca Əhmədov və Molla Sayriddin, o cümlədən onların tərəfdarları da var. Onlar hələ də rayon ərazisində gizlənən silahlılarla danışıqlarda vasitəçilik etməyə razılaşıblar.
Mirzoxuca Əhmədov oktyabrın 14-də təslim olub. O, Qarm şəhərində üzə çıxıb və sakit həyata qayıtmaq istədiyini söyləyib. Mirzoxuca Əhmədov hökumət təmsilçisi kimi Tacikistan parlamentini n aşağı palatasının sədri Şukurcon Zuxurovla danışıqlarda iştirak edib. Tacikistanın baş prokuroru Şerxon Salimzod bildirib ki, silahlarını könüllü təhvil verən və dinc həyata qayıdan silahlılar cinayət məsuliyyətindən azad ola bilərlər. O, 1990-cı ildə vətəndaş müharibəsindən sonra da analoji praktikadan istifadə edildiyini xatırladıb.
Qeyd edək ki, vətəndaş müharibəsi dövründə islamçıların qalası sayılan Rəşt rayonunda vəziyyət son aylar yenidən gərginləşib. Silahlılar hərbi kolona atəş açaraq 26 əsgəri öldürdükdən sonra ordu əməliyyata başlayıb. Hakimiyyət hərbçilərin öldürülməsində keçmiş səhra komandirləri “Molla Abdulla” kimi tanınan Abdullo Rəhimov və Alovuddin Davlatovu günahlandırır.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36