Roma Papası Karla Brunini Vatikana buraxmayıb
15 oktyabr 2010 19:16 (UTC +04:00)

Roma Papası Karla Brunini Vatikana buraxmayıb

0
Lent.az-ın “Vioci” jurnalına istinadən verdiyi məlumata görə, bu səbəbdən də Nikolas Sarkozi Vatikana son səfəri zamanı tək olub.


Roma Papası Vatikandakı Fransa səfirinə bildirib ki, Karla Bruninin görüşdə iştirakı arzuedilməzdir. Vatikan bu addımı ilə İtaliya mətbuatında dövrü olaraq Karla Bruni ətrafında qaldırılan hay-küydən qaçmaq istəyib. Ən ciddi problem isə Karla Bruninin hələ fotomodel işlədiyi zaman çılpaq şəkil çəkdirməsidir.

Bəzi məlumatlara görə, Karla Bruni İtaliyanın hazırkı baş naziri Silvio Berluskoniyə düşmən münasibəti bəsləyir. Ancaq bu məqam Vatikanın Karla Bruni ilə bağlı qərarı fonunda kölgədə qalıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 804

Oxşar yazılar