Putin Qərbi “Wikileaks” saytının qurucusunun həbsinə görə tənqid etdi
Rusiyanın baş naziri Vladimir Putin “Wikileaks” saytının qurucusu Culian Assancın həbs olunmasını tənqid edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Fransanın baş naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanın baş naziri “Wikileaks” saytının qurucusunun həbsinin demokratiyaya zidd olduğunu söyləyib.
Vladimir Putin deyib ki, demokratiyadırsa, tam olmalıdır: “Nə üçün Culian Assancı həbsxanada gizlədirlər? Bu, demokratiyadır?”
Baş nazir “Wikileaks” saytında dərc olunan amerikalı diplomatların məxfi yazışmalarında Rusiyada anti-demokratiyanın olduğu barədə yazışmalarına da münasibət bildirib: “Bizim kənddə deyirlər ki, başqasının malı böyürür, sənin malın lal-dinməz durur. Mən amerikalı həmkarlarına belə cavab topu göndərmək istəyirəm”.
Qeyd edək ki, Culian Assanc Böyük Britaniyada həbs edilib. İsveç Məhkəməsi “Wikileaks” saytının qurucusunu 2 qadını zorlamaqda ittiham edir. Onun İsveçə ekstradisiya olunub-olunmayacağına London Məhkəməsi qərar verməlidir.

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36