Rusiya Daxili İşlər Nazirliyində ağlagəlməz olay
Bu gün Rusiya Daxili İşlər Nazirliyində 8 ay əvvəl öz rəisinə qarşı sifarişli sui-qəsd təşkil etmiş müavin saxlanılıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, olay bu il martın 19-da baş verib.
Moskvanın Çistoprud bulvarında naməlum şəxs Rusiya Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təchizat Mərkəzinin bölmə rəisi, polkovnik Sergey Kovyazinə hücum çəkib. O, polkovnikin başına dəmir parçası ilə bir neçə zərbə endirib, daha sonra portfelini, mobil telefonunu, pul kisəsini də götürərək aradan çıxıb.
Ancaq ağır kəllə-beyin travması alan Sergey Kovyazin ölməyib, xəstəxanada həkimlər onun həyatını xilas ediblər. Təhqiqat aparılıb və bu ilin oktyabrında Saratov vilayətində yaşayan Pomortsev saxlanılıb. İstintaqa ifadəsində o, polkovnikə sifarişli ölümlə bağlı hücum etdiyini və diqqəti yanıltmaq üçün soyğunçuluq görüntüsü yaratdığını bildirib. Dekabrın 8-də isə ona sifariş verən şəxs - Rusiya Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təchizat Mərkəzinin bölmə rəisinin müavini Aleksandr Jilyayev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, müavin öz rəisini onun yerinə keçmək üçün öldürtmək qərarına gəlib və bununla bağlı sifariş verib. Aleksandr Jilyayev düşünüb ki, rəisi öləndən sonra Rusiya Daxili İşlər Nazirliyinin ehtiyacları üçün tender və müsabiqələr keçirən bu bölməyə rəhbərlik edəcək. O, bu məqsədlə “killer” kimi tutduğu Pomortsevə 300 min rubl verib...

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36