Bolqarıstan şokda!
Bolqarıstanda kommunist rejimi dönəminin casuslarını ortaya çıxarmaq üçün hökumətin qurduğu xüsusi komissiyanın araşdırmasının nəticələri açıqlanıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, araşdırmanın nəticələri bolqar diplomatiyasını şoka salıb.
Məlum olub ki, həmin illərdə 462 diplomatdan 191 casus olub, Bolqarıstan xüsusi xidmət orqanlarına işləyib. Komissiya hələ də vəzifədə olan 40 diplomatın da kommunist dönəmində casus olduğunu üzə çıxarıb. Bu siyahıda Bolqarıstanın Türkiyədəki səfiri Krasimir Tuleçki, Ermənistandakı səfiri Todor Staykov, Bosniya və Hersoqovinadakı səfiri Andrey Trınski, Yunanıstandakı səfiri Andrey Karaslavov, İtaliyadakı səfiri Atanas Mladenov, Kosovadakı səfiri Bobi Bobev, Rumıniyadakı səfiri Valentin Radomirski, Çindəki səfiri Georgi Peyçinov, Hollandiyadakı səfiri Zlatin Trıpkov, Misirdəki səfiri İvan Gaytanciev, Vyetnamdakı səfiri İvan Petkov, Portuqaliyadakı səfiri İvan İvanov, İspaniyadakı səfiri İvan Hristov, Almaniyadakı səfiri İvo Petrov, Venesueladakı səfiri Ventzislav İvanov, Küveytdəki səfiri İlko Şivaçev, Albaniyadakı səfiri Teodor Rusinov, Vatikandakı səfiri Nikola Kaludov, sabiq xarici işlər nazirinin müavini, hazırda İngiltərədə səfir olan Lübomir Küçükov və ölkənin BMT-nin Cenevrədəki ofisində təmsilçisi olan Ganço Ganev də var.
Bolqarıstanın baş naziri Boiko Borisov bu şəxsləri dərhal tutduqları vəzifələrindən istefa verməyə çağırıb. Xarici işlər naziri Nikolay Mladenov “Twitter” və “Facebook” sosial şəbəkələrindəki ilk şərhində yazıb ki, şokdadır, söyləməyə söz tapmır...

Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36