ABŞ-da əhalinin sayı 300 milyon nəfəri keçdi
ABŞ-da əhalinin sayı 300 milyon nəfəri keçib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, son 10 ildə əhalinin sayı 10 faiz civarında artıb.
Beləliklə, 2000-ci ildə 281,4 milyon nəfər əhalisi olan ABŞ-da hazırda 308,7 milyon nəfər yaşayır. Əhalinin sayı 300 milyon nəfəri keçsə də, son 10 ildə müşahidə olunan artım tempi Böyük Depressiyadan sonra qeydə alınan ən aşağı artım səviyyəsidir.
Amerikalıların ən çox yaşadığı ştatlar Kaliforniya (37,25 milyon nəfər), Texas (25,15 milyon nəfər), Nyu-York (19,38 milyon nəfər), Florida (18,8 milyon nəfər) və İllinoys (12,83 milyon nəfər) ştatlarıdır. Ən az əhali isə Vayominq ştatında (563, 63 min nəfər) yaşayır.
Son 10 ildə əhalisi ən çox sürətlə artan ştat Nevada ştatı olub. Bu ştatda əhali 35 faiz artıb. ABŞ-da son 10 ildə əhalisi azalan yeganə ştat isə Miçiqan ştatıdır. Bu ştatda əhali 0,6 faiz azalıb.
ABŞ-da əhalinin artımında ölkə əhalisinin təbii artımı 60 faiz, immiqrantların xüsusi çəkisi 40 faiz təşkil edir. Son 10 ildə ABŞ-da hər bir ailəli qadına orta hesabla 2 uşaq düşüb.

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14