Sarkozinin xanımı məşhur müğənninin albomu üçün musiqi yazıb
0
0
Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı, italyan əsilli keçmiş top model və müğənni Karla Bruni fransızların məşhur bolqar əsilli müğənnisi Silvie Vartanın yeni albomu üçün mahnı yazıb. Lent.az-ın CNNturk-ə istinadən verdiyi məlumata Bruninin yazdığı "Je chante le blues" adlı mahnı 1960 və 1970-ci illərdə çok məşhur olan Conni Hallidayın keçmiş arvadı Vartanın 12 əsərden ibarət albomunda yer alacaq. Son albomunu 5 il əvvəl çıxaranVarta, gələn həftə Parisin məşhur Olimpiya musiqi mərkəzində səhnədə çıxış edəcək. Vartanın bu ilin sonuna qədər Sofiya, İstanbul və Cenevrədə konsert verməsi də planlaşdırılıb.
0
0