Bu da Suriya müxalifəti: əsirlər belə qətlə yetirilir - VİDEO
02 avqust 2012 18:31 (UTC +04:00)

Bu da Suriya müxalifəti: əsirlər belə qətlə yetirilir - VİDEO

Lent.az-ın Fransanın “La Fiqaro” qəzetinə istinadən verdiyi xəbərə görə, Suriya Azadlıq Ordusu (SAO) tərəfindən bütün dünyaya yayılan bu video-görüntülərdə alt paltarda, üz-gözü şişmiş halda olan 4 nəfər görünür.

Onları divar boyu düzüb güllələyirlər. Öldürülənlərin hamısı Berri tayfasının üzvləridir, tayfa başçısı Zeyni Berri də onların arasındadır.

Müxaliflər Berri tayfasını bir sıra cinayətlərdə, o cümlədən narkotik alverində ittiham ediblər. SAO-dan yayılan məlumata görə, hakim Əsəd rejiminə yaxın olan Berri tayfasının nəzarətində 5 minədək silahlı muzdlu var. Ötən ilin yazında Berri tayfası müxalifətin əleyhdarı kimi tanınsa da, sonradan onlarla atəşkəs barədə razılaşma əldə edib. Amma sonradan yenidən müxalif qüvvələrə qarşı çıxaraq onlara qarşı vuruşub.

Tanınmış insan hüquqları müdafiə təşkilatları bu cür edamların təkrarlanacağından narahatdır. “Human Rights Watch”-ın Yaxın Şərq üzrə təmsilçisi Nadim Huri baş verənləri hərbi cinayət sayıb. Huri SAO-nu hərbi əsirlərlə Cenevrə Konvensiyasının tələblərinə uyğun hərəkət etməyə çağırıb. Bundan sonra Berri tayfasının üzvlərinin qisasa başlayacağı istisna edilmir.

Bu edam Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələrə də haqlı olaraq Suriya müxalifətinin vəhşiliyini pisləməyə imkan verib. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bu faktın hər iki tərəfin insan haqlarını pozduğunu göstərdiyini, qərb və ərəb siyasətçilərinin məsələyə bu tərəfdən də baxmalı olduqlarını vurğulayıb.




1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

4 avqust 2025 , 04:15
Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50