13 minlik  iftar menyusu... - Niyə bu qədər bahadır?
24 mart 2023 18:36 (UTC +04:00)

13 minlik iftar menyusu... - Niyə bu qədər bahadır?

Mübarək Ramazan ayı dünəndən etibarən başlayıb. Bu dönəmdə restoranlarda iftar menyuları da insanlara təklif olunur. Ancaq sosial şəbəkələrdə iftar menyularının kəllə-çarxa qalxması diqqətdən də yayınmır.

Lent.az xəbər verir ki, söhbət Türkiyədəki lüks restoranlarda iftar menyularının bahalığından gedir. Belə ki, menyuda adambaşı qiymət 1 200 - 3 min 280 türk lirəsi (təxminən, 300 manat) arasında dəyişir.

Təbii ki, qiymətlər məkandan da asılı ola bilir. Məsələn, İstanbul boğazındakı restoranlarda dörd nəfərlik iftar menyusunun qiyməti 13 min 700 TL-dir (təxminən, 1200 manatdan çox). Menyuya isə Ramazan pidələri, xurma, şirniyyat və s. kimi iftarlıq qidalar, salat və şorba çeşidləri, isti yeməklər, suşi, dönər, kabablar və açıq bufetlər daxildir. Aşağı qiymətli olan menyuda süfrəyə daha az yeməklər verilir.

İftar menyularının bu cür bahalı qiymətləri sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzular arasındadır. Mübarək ayda qiymətlərin aşağı olmağındansa, bahalılığı sual doğurur. Bunun isə səbəbi çox  artım, yəni iqtisadi böhrandır. Məlumatlara görə, ötən ilə nisbətən bu böhran bu il qiymətləri 148 faiz artırıb.

# 3333
avatar

Nigar Namiq

Oxşar yazılar

Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15
Ana 8 yaşlı oğlunu suda boğmaq  istədi

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

19 aprel 2024 , 12:20
İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti  hədəfə alınmayıb

İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti hədəfə alınmayıb

19 aprel 2024 , 07:43
İsrail İrana raket zərbəsi  endirdi

İsrail İrana raket zərbəsi endirdi

19 aprel 2024 , 06:22
Meksikada  güclü zəlzələ

Meksikada güclü zəlzələ

18 aprel 2024 , 23:14
Zelenskiyə  sui-qəsd   hazırlığının qarşısı alındı

Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı

18 aprel 2024 , 21:29