64 ildir bu şəhər yanır -  Hamı qaçıb
01 oktyabr 2026 10:35 (UTC +04:00)

64 ildir bu şəhər yanır - Hamı qaçıb

0

ABŞ-ın Pensilvaniya ştatında yerləşən Sentralia şəhərciyinin altında 1962-ci ildən başlayan kömür yanğını hələ də davam edir. Onilliklərdir söndürülə bilməyən yanğın nəticəsində yaşayış məntəqəsi demək olar ki, tamamilə tərk edilib və ruhlar şəhərinə çevrilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeraltı kömür mədənlərində başlayan yanğın zamanla geniş əraziyə yayılıb, torpaqda nəhəng çatlar yaranıb, səthə zəhərli qazlar sızmağa başlayıb.

Alov yerin dərinliklərinə yayılıb

Sentralianın altında geniş kömür yataqları və bir-biri ilə əlaqəli köhnə mədən tunelləri mövcuddur. Yanğın başladıqdan sonra alov bu yeraltı keçidlər vasitəsilə müxtəlif istiqamətlərə yayılıb.

Mühəndislər və yanğınsöndürənlər illər ərzində alovu söndürmək, yaxud onun yayılmasının qarşısını almaq üçün müxtəlif üsullardan istifadə etsələr də, nəticə əldə etmək mümkün olmayıb.

Yeraltı yanğının dərinliklərdə və geniş ərazidə davam etməsi müdaxiləni son dərəcə çətinləşdirib.

Kasabanın altı cayır cayır yanıyor! 64 yıldır sönmeyen yangın bölgeyi hayalet kente çevirdi

Küçələrdə nəhəng çatlar yaranıb

İllər keçdikcə yerin altında yüksək temperatur və çökmələr səthdə də özünü göstərməyə başlayıb.

Şəhər küçələrində, avtomobil yollarında və binaların yaxınlığında iri çatlar meydana gəlib. Həmin çatların bəzilərindən isti buxar, karbonmonoksit və digər təhlükəli qazlar səthə çıxıb.

Torpağın dayanıqlığını itirməsi və zəhərlənmə təhlükəsinin artması Sentralianı yaşayış üçün təhlükəli əraziyə çevirib.

Evlər bir-bir sökülüb

Vəziyyət təhlükəli həddə çatdıqdan sonra ABŞ və Pensilvaniya ştatının hakimiyyət orqanları şəhərdəki əmlakların alınması və sakinlərin başqa ərazilərə köçürülməsi prosesinə başlayıb.

Sakinlərə başqa şəhərlərdə yeni həyat qurmaları üçün maliyyə yardımı göstərilib. Əhalinin böyük hissəsi köçürüldükdən sonra təhlükə yaradan yüzlərlə ev və digər tikili sökülüb.

Bir vaxtlar insanların yaşadığı küçələrdən və məhəllələrdən bu gün çox az iz qalıb.

Kasabanın altı cayır cayır yanıyor! 64 yıldır sönmeyen yangın bölgeyi hayalet kente çevirdi

64 illik yanğın hələ də bitməyib

1962-ci ildə başlayan yanğın artıq 64 ildir ki, Sentralianın altında davam edir.

Vaxtilə canlı yaşayış məntəqəsi olan ərazidə indi əsasən boş yollar, sökülmüş tikililərin yerləri və şəhərin keçmişini xatırladan lövhələr qalıb.

Mütəxəssislərin hesablamalarına görə, yerin altında kifayət qədər böyük kömür ehtiyatı olduğundan yanğın daha uzun illər, hətta yüzilliklər ərzində davam edə bilər.

Bu səbəbdən Sentralia ABŞ-ın ən məşhur ruhlar şəhərlərindən biri hesab olunur və yerin altında hələ də davam edən yanğın onun tarixinin ən qorxunc səhifəsi olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar