Heyvanlar haqqında maraqlı film : ailəyə ümid gətirən it balası
01 oktyabr 2026 10:44 (UTC +04:00)

Heyvanlar haqqında maraqlı film: ailəyə ümid gətirən it balası

0

İtlər haqqında çəkilən filmlər adətən tamaşaçılarda xüsusi maraq doğurur.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu heyvanlar haqqında çəkilən maraqlı ekran əsərlərindən biri də “İt həyatı: Əbədi dostlar” filmidir. Filmdə insanla heyvan arasındakı bağlılıq, sədaqət və ailə münasibətləri ön plana çıxır.

Filmin süjeti bir neçə il əvvəl atasını faciəvi şəkildə itirən yeniyetmə Li Yan ətrafında qurulub. Qız atasının ölümünün yaratdığı ağır təsirdən hələ də tam çıxa bilməyib. Bu zaman onun həyatına Kola adlı labrador balası daxil olur. Kola qısa müddətdə ailənin sevimlisinə çevrilir. O, Li Yana xüsusi bağlılıq göstərir, daim onun yanında olur və qızın çətin anlarında ona dəstək verir.

Labradorun ağıllı və qeyri-adi davranışları isə ailənin diqqətindən yayınmır. Hətta onun bəzi hərəkətləri evdəkilərə Li Yanın mərhum atasını xatırladır.

Hadisələr Li Yanın atasına məxsus restoranın bağlanmaq təhlükəsi ilə üzləşməsindən sonra daha da maraqlı şəkil alır. Kola da ailəyə yardım etmək və restoranı xilas etmək üçün hadisələrin mərkəzinə çevrilir. Sadə süjet xəttinə baxmayaraq, filmin duyğusal və isti atmosferi tamaşaçını özünə cəlb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar