ABŞ-da bombardmançı  təyyarə qəzaya uğradı
15 iyun 2026 23:35 (UTC +04:00)

ABŞ-da bombardmançı təyyarə qəzaya uğradı

0

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Lent.az "FOX21 News Colorado"ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.

Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.

Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar