ABŞ-da təyyarə maşın yoluna məcburi endi:  yaralılar var
10 fevral 2026 03:10 (UTC +04:00)

ABŞ-da təyyarə maşın yoluna məcburi endi: yaralılar var

0

ABŞ-ın Corciya ştatının Geyns­vill şəhərində birmühərrikli "Hawker Beechcraft BE-36" tipli təyyarə sıx hərəkətli avtomobil yoluna məcburi eniş edib və bir neçə avtomobilə ziyan dəyib.

Lent.az xəbər verir ki, bu barədə "Fox5" məlumat yayıb.

Pilotun sözlərinə görə, təyyarə Qeyns­villdən qalxdıqdan sonra mühərrik sıradan çıxıb.

O bildirib ki, təlimata uyğun olaraq geri qayıtmağa cəhd edib, lakin aerodroma çata bilməyəcəyini anlayaraq yola enməyə qərar verib.

Məlumata görə, hadisə nəticəsində yüngül xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları hazırda araşdırmanı davam etdirir və dəyən zərəri qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar