ABŞ-də 400 min dollarlıq  lobster partiyası oğurlandı
26 dekabr 2025 04:54 (UTC +04:00)

ABŞ-də 400 min dollarlıq lobster partiyası oğurlandı

0

ABŞ-nin klub mərkəzli topdansatış hipermarketi olan "Costco" üçün nəzərdə tutulan 400 000 dollar məbləğində canlı lobster (iri dəniz xərçəngi) partiyası oğurlanıb.

Lent.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Telekanalın istinad etdiyi logistika şirkəti "Rexing Companies"in baş direktoru Dilan Reksinq qeyd edib ki, lobster partiyası Massaçusets ştatının Taunton şəhərindən İllinoys və Minnesota ştatlarındakı "Costco" mağazalarına göndərilib, lakin təyinat yerinə çatmayıb. Reksinq həmçinin oğurluğu mütəşəkkil cinayətkar qrup törətmiş ola biləcəyi versiyasını irəli sürüb.

FTB cinayətlə bağlı araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar