ABŞ-ın Qrenlandiyaya müdaxiləsi  müharibəyə səbəb olacaq
20 yanvar 2026 11:43 (UTC +04:00)

ABŞ-ın Qrenlandiyaya müdaxiləsi müharibəyə səbəb olacaq

0

“ABŞ prezidenti Donald Tramp Amerika hərbçilərinə Qrenlandiyaya müdaxilə (işğal) əmri versə, bu, müharibə olacaq və biz bir-birimizə qarşı vuruşacağıq”.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov CNN-ə müsahibəsində bildirib.

“Biz, əlbəttə ki, Qrenlandiyanı müdafiə edəcəyik. Əgər Amerika əsgərləri tərəfindən işğal olarsa, müharibə olacaq”, — deyə o bildirib və əlavə edib ki, Danimarka ABŞ-ın hərbi baxımdan üstünlüyə malik olduğunu anlayır.

Onun sözlərinə görə, buna baxmayaraq Qrenlandiyanı ələ keçirmək cəhdləri ABŞ üçün yenə də fəlakətlə nəticələnəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar