ABŞ-ın sülh təklifi AÇIQLANDI:  Ukraynanın 20 faizi...
03 fevral 2023 15:08 (UTC +04:00)

ABŞ-ın sülh təklifi AÇIQLANDI: Ukraynanın 20 faizi...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns yanvarın ortalarında Ukrayna və Rusiyaya təklif edilən sülh planını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərini Kiyevə və Moskvaya bu təkliflə göndərib - sülh müqabilində Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiya tərəfinə verilməsi.

Məlum olduğu kimi, hər iki tərəf oxşar həll qərarlarından imtina edib. Həmçinin bildirilir ki, Almaniyanın xarici siyasət rəsmilərinin sözlərinə görə, Bayden Ukraynada uzun sürən müharibədən qaçmaq istəyib.

Materialda qeyd olunur ki, yalnız Börns təklif olunan plan uğursuz olduqdan sonra Amerika prezidenti “Abrams” tanklarını Kiyevə tədarük etmək qərarına gəlib.

# 2733
avatar

Oxşar yazılar