ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
Lent.az "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd edək ki, bu açıqlama ABŞ vitse-prezidenti JD Vensin Tehran və Vaşinqton arasında müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlara başlamaq üçün cümə günü İsveçrədə planlaşdırılan səfərinin təxirə salınmasından sonra verilib.