ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın raket hücumuna cavab olaraq həyata keçirilən zərbələr seriyasının başa çatdırıldığını açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi qüvvələri iyulun 29-da İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə qarşı genişmiqyaslı zərbələr endirib.
Qeyd olunub ki, əməliyyat bir gün əvvəl İran tərəfindən Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirilən raket hücumuna cavab olaraq icra edilib.
***
04:57
Amerika hərbçiləri İrana növbəti zərbələr seriyasını endirməyə başlayıblar.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 20:00-da (30 iyul Bakı vaxtı ilə 04:00-da - red.) İrana zərbələr endirməyə başlayıb. Zərbələr İranın dünən Yaxın Şərqdə Amerika hərbçilərinə hücum etmək cəhdinə cavab olaraq endirilir", - paylaşımda bildirilib.