ABŞ polisi   Türkiyə vətəndaşını öldürdü
08 noyabr 2025 17:29 (UTC +04:00)

ABŞ polisi Türkiyə vətəndaşını öldürdü

0

ABŞ polisi Türkiyə vətəndaşını öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Florida ştatının Qaynesville şəhərində qeydə alınıb.

Məhkəmə türkiyəli Ali Bayhanın saxlanılması barədə qərar verib. Məlumata görə, Bayhan sosial şəbəkələrdə təhdid dolu paylaşımlar edərək, terror törədəcəyini bildirib. Qeyd olunur ki, iddiaya görə o, Florida qubarnatoru və bəzi vəzifəlilərə qarşı, eləcə də sinaqoqda terror törətmək istəyib.

Məhkəmə qərarı əsasında polis əməkdaşları Bayhanın kirayədə yaşadığı evə gəliblər. Burada türkiyəli təslim olmaq tələbinə tabe olmayıb. Xüsusi təyinatlı itdən istifad əetmək istəyəndə isə əlini belinə aparıb. Onun silaha əl atmağından çəkinən polis dərhal atəş açaraq, Ali Bayhanı öldürüb.

Qeyd olunur ki, Ali Bayhan həmin evin qarajında kirayədə qalırmış.

Başqa bir məlumata görə, isə Bayhanın ailəsi onun psixoloji problemləri olması barədə məhkəməyə müraciət edib. Onlar Ali Bayhanın saxlanılması yox, məcburi müalicəyə göndərilməsini xahiş ediblər. Lakin məhkəmə bu xahişi rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar