ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyata başladı
20 dekabr 2025 03:56 (UTC +04:00)

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyata başladı

0

ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava zərbələri endirməyə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla, onlarla İŞİD hədəfinə zərbələr endirilib.

ABŞ Prezidenti Donald Tramp Suriyada Amerika patruluna hücum edənlərdən qisas alınacağını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar