ABŞ üzərində meteorit  partladı
31 may 2026 07:39 (UTC +04:00)

ABŞ üzərində meteorit partladı

0

ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər.

Lent.az xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəzi sakinlər eyni zamanda titrəyiş hiss etdiklərini də bildiriblər.

Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.

"NBC News"un yerli meteoroloqu Pamela Qardner bildirib ki, gurultu və vibrasiya ştat üzərində atmosferdə meteoritin partlaması nəticəsində yaranmış ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar