AL: “Qarabağ” turu keçdi,  rəqibi bəlli oldu
17 iyul 2026 02:02 (UTC +04:00)

AL: “Qarabağ” turu keçdi, rəqibi bəlli oldu

0

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib.

Lent.az xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada "Vestri"nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb - 3:0.

Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar