Alen Delonun 17 min avroluq  qol saatı oğurlandı
07 sentyabr 2025 05:50 (UTC +04:00)

Alen Delonun 17 min avroluq qol saatı oğurlandı

0

Mərhum fransalı aktyor Alen Delonun böyük oğlu Entoni bir il əvvəl aktyorun yaşadığı Duşi malikanəsinin Montarji rayonunun jandarm idarəsini müraciət edib.

Lent.az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb.

O, hüquq-mühafizə orqanlarına bildirib ki, atasının ən qiymətli əşyalarını, o cümlədən sənət əsərlərini saxladığı anbardan bahalı saat yoxa çıxıb. Söhbət 17 min avro (təxminən 20 min dollar - red.) dəyərində olan platin "Bulgari Octo Finissimo" xronoqrafından gedir.

Enthoni Delonun sözlərinə görə, saatın yoxa çıxması bir neçə ay əvvəl malikanədə əmlakı inventarlaşdıran və oradakı əşyaları qiymətləndirmək üçün anbarı yoxlayan on beş nəfərdən birinin işi ola bilər.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar