Ən nəhəng  klubların ala bilmədiyi 16 yaşlı oyunçu  "Real"da oynayacaq
31 oktyabr 2026 20:00 (UTC +04:00)

Ən nəhəng klubların ala bilmədiyi 16 yaşlı oyunçu "Real"da oynayacaq

0

“Real Madrid” “Mançester Yunayted”in akademiyasında çıxış edən 16 yaşlı hücumameyilli yarımmüdafiəçi Cozef Qabrielin (Cey-Cey Qabriel) transferi uğrunda mübarizədə əsas namizədə çevrilib.

Lent.az xəbər verir ki, gənc futbolçu uğrunda Avropanın nəhəng klubları arasında gedən rəqabətdə vəziyyət dəyişib.

Məlumata görə, ingiltərəli futbolçu Fransanın PSJ klubunun son müqavilə təklifini rədd edib. Almaniyanın “Bavariya” klubu transfer mübarizəsindən çəkilib, “Barselona” isə yarımmüdafiəçi uğrunda maliyyə yarışına qoşulmaq istəməyib.

Beləliklə, hazırda 16 yaşlı istedadın karyerasını davam etdirə biləcəyi ən real variant kimi “Real Madrid” göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar