Avropa ölkəsində tualet casusluğa görə  BAĞLANDI
23 may 2026 19:02 (UTC +04:00)

Avropa ölkəsində tualet casusluğa görə BAĞLANDI

0

Norveçin şimalında yerləşən Andoya adasında casusluq təhlükəsi ilə bağlı narahatlıqlar səbəbindən ictimai tualet bağlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, jurnalistlərin məlumatına görə, Bukkekjerka istirahət məntəqəsində yerləşən tualetdən yerli aviabazaya mənzərə açılır və bu mənzərə bəlkə də Norveçdəki bütün tualetlər arasında ən gözəl görüntü hesab olunur.

Tualetin tikintisi təxminən 2,17 milyon dollara başa gəlib. Tikilinin xarici divarları güzgülü səthdən ibarətdir, içəridən isə panoramik mənzərə görünür.

Qeyd olunur ki, bu tualet siyasi təhlükəsizlik səbəbilə bağlanıb. Buradan adanın qərb hissəsində yerləşən Andoya aviabazası görünür.

Məlumata görə, tualetin bağlanması qərarını kimin verdiyi məlum deyil. Lakin bu addım qabaqlayıcı tədbir hesab olunur və gələcəkdə yenidən nəzərdən keçirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar